×
A
A
A
Sazlamalar

“Light” neftinin qiyməti 66 dollar/barreli ötüb

Bakı, 23 aprel, AZƏRTAC

“Light” markalı xam neftin bir barrelinin qiyməti 66 dolları keçib.
AZƏRTAC xəbər verir ki, “Light” neftinin bir barreli hazırda Nyu-Yorkun NYMEX birjasında 66,04 dollara alıcı axtarır.
“Brent” markalı xam neftin bir barreli isə Londonun ICE birjasında 74,47 dollara satılır.
Qeyd edək ki, “qara qızıl”ın qiymətində 2017-ci ilin noyabrından indiyədək ən böyük həftəlik artım qeydə alınır. Ötən rüb neftin qiyməti son 10 ilin ən yaxşı rüblük performansını göstərib. Ümumilikdə cari ildə “qara qızıl”ın qiyməti təxminən 40 faizdən çox bahalaşıb.

Neft - qaz 2019-04-23 12:40:00