×
A
A
A
Sazlamalar

Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb

Bakı, 23 aprel, AZƏRTAC 

Cari il aprelin 1-nə kimi ölkə üzrə 126,4 min hektar sahədə və ya ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çox yazlıq bitki səpini aparılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə 21,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 1,7 min hektarı dən üçün qarğıdalı), 28,8 min hektar sahədə kartof, 25,9 min hektar sahədə tərəvəz, 3 min hektar sahədə bostan bitkiləri, 3,1 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə dən üçün günəbaxan, 40,7 min hektar sahədə çoxillik otlar və 0,5 min hektar sahədə birillik otlar əkilib.

Kənd təsərrüfatı 2019-04-23 12:31:00