×
A
A
A
Sazlamalar

Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür

Ankara, 23 aprel, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 99-cu ildönümü və ənənəvi 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə ölkənin hər yerində bayram tədbirləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, küçə və meydanlar bayramsayağı bəzədilib, ölkədə bayram tətili elan olunub. Orta məktəblərdə uşaq şənlikləri təşkil edilib.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, dövlət və hökumət nümayəndələri, siyasi partiyaların rəhbərləri, eləcə də milli təhsil naziri Ziya Selçuk şagirdlərlə birlikdə ulu öndər Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət ediblər.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-04-23 12:29:00