×
A
A
A
Sazlamalar

Antalyada məktəblilər arasında şahmat üzrə dünya çempionatı davam edir

Bakı, 23 aprel, AZƏRTAC

Antalyada məktəblilər arasında şahmat üzrə dünya çempionatının altıncı turunun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarından 11-i ötən turu qələbə ilə başa vurub. Müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Süleyman Süleymanlı (4,5 xal), Uğur İlyaslı (4 xal), Aysel Rəhimova (3,5 xal), Cəmilə Paşayeva (3,5 xal) Aytac Kərimli (3 xal), Murad İbrahimli (3 xal), Yusif Kərimli (3 xal), Ümid Allahverdi (2,5 xal), Ümid Aslanov (2,5 xal), Səlbinaz İsmayılova (2,5 xal), Tamerlan Hüseynzadə (2 xal) rəqiblərini məğlub ediblər.
Murad Mehdizadə (3,5 xal), Əli Süleymanov (4 xal), Fərid Orucov (3 xal), Əhmədağa Həşimov (2,5 xal), Cahandar Azadəliyev (3 xal), Əli Əhəd (1,5 xal), Xəzər Babazadə (2,5 xal), Nuray Məmmədli (1,5 xal) heç-heçə ediblər. Digər təmsilçilərimiz isə məğlub olublar.
On iki qrup üzrə keçirilən yarışda 33 ölkədən 400-dən çox şahmatçı mübarizə aparır. Azərbaycanı dünya çempionatında müxtəlif yaş qrupları üzrə 29 şahmatçı təmsil edir. Onlardan 18-i oğlan, 11-i isə qızdır.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

İdman 2019-04-23 12:30:00