×
A
A
A
Sazlamalar

“Gənc DOST” Proqramına qoşulan könüllülər gələcəkdə “DOST” mərkəzlərinin əməkdaşları olacaqlar

Bakı, 23 aprel, AZƏRTAC
“DOST” mərkəzlərində gənclərin könüllü iştirakının təmin olunması həmin mərkəzlərin fəaliyyətində mühüm yer tutacaq. “Gənc DOST” Proqramına qoşularaq həmin mərkəzlərdə öz dəstəyini göstərəcək könüllülər həm də “sosial agent”, “sosial işçi” kimi hazırlanacaq və açılan növbəti mərkəzlərdə işə qəbul olunacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV nümayəndələrinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, “DOST” mərkəzləri əmək, sosial müdafiə və təminat, məşğulluq sahəsində vətəndaşlara “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli xidmətlər göstərəcək və həmin xidmətlərin vətəndaşlara əlçatanlığının təmin olunacaq. “DOST” mərkəzlərinə müraciət edən vətəndaşlar isə əsasən xüsusi qayğıya, köməyə ehtiyac duyan insanlar olacaqlar. “DOST” könüllüləri onları istiqamətləndirəcək, xidmətlər, prosedurlar, qaydalar və s. barədə məlumatlar verəcək, lazım gəldikdə ərizə və anketlərin yazılmasında yardım göstərəcəklər.
S.Babayev ali təhsil müəssisələrində “sosial işçi” ixtisasına yiyələnən gənclərdən də “DOST” mərkəzlərində könüllülük fəaliyyətinə cəlb edilənlərin olduğunu deyib. Onlar mərkəzlərdə könüllük fəaliyyəti ilə yanaşı həm də öz ixtisasları üzrə təcrübə qazanmaq imkanı əldə edəcəklər.

Sosial 2019-04-23 11:11:00