×
A
A
A
Sazlamalar

Milli Kitabxanada növbəti sərgi kitab və müəlliflik hüququ gününə həsr olunub

Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. Bu məqsədlə aprelin 23-də Milli Kitabxanada “23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür” adlı geniş kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş dünya ədəbiyyatı nümayəndələrinin əsərləri, müəlliflik hüququ ilə bağlı kitablar və qəzet-jurnal materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.

Mədəniyyət 2019-04-23 11:06:00