×
A
A
A
Sazlamalar

“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib

Bakı, 23 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində Lənkəran şəhəri 4 saylı humanitar-təmayüllü məktəb-lisey və Ağdaş şəhər Müşviq İsayev adına tam orta məktəbin şagirdləri ilə görüş keçirib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hər iki görüşdə şagirdlərə agentliyin həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında bəhs olunub, qida təhlükəsizliyi ilə əlaqədar videoçarxlar təqdim edilib.
Məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, fastfudun zərərləri, süd və süd məhsullarının faydası barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.
Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində iştirak etməsi tövsiyə olunub.

Sosial 2019-04-23 10:58:00