×
A
A
A
Sazlamalar

Türkiyə Superliqası: “Beşiktaş” son dəqiqələrdə vurduğu qol sayəsində qələbə qazanıb

Bakı, 23 aprel, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasının XXIX turunun son oyununda “Sivasspor” doğma meydanda “Beşiktaş”ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Yeni Sivas 4 Eylül” stadionunda keçirilən görüşün 31-ci dəqiqəsində İstanbul təmsilçisinin müdafiəçisi Damaqoy Vida hesabı açıb. Lakin meydan sahibləri 45-ci dəqiqədə Fousseni Diabatenin vurduğu qolla hesabı bərabərləşdiriblər. İstanbul futbolçuları isə 87-ci dəqiqədə Burak Yılmazın qolu sayəsində hesabda önə keçiblər. Bu, oyunda vurulan son qol olub. Beləliklə, “Beşiktaş” səfərdə “Sivasspor”a 2:1 hesabı ilə qalib gəlib. Hazırda “Beşiktaş” turnir cədvəlində 56 xalla üçüncü pillədə qərarlaşıb. Cədvəldə “Başakşəhər” 62 xalla birinci, “Qalatasaray” isə 59 xalla ikincidir.

İdman 2019-04-23 00:09:00