×
A
A
A
Sazlamalar

Qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatıb

Bakı, 22 aprel, AZƏRTAC

Antalyada qadın şahmatçılar arasında Avropa çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Rusiya təmsilçisi Alina Kaşlinskaya 8 xalla turnirin qalibi olub. Onunla eyni xala malik olan fransalı Marie Sebaq ikinci, almaniyalı Elizabet Pets üçüncü yeri tutub.
Onlardan cəmi yarım xal geri qalan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva yeddinci pillədə qərarlaşıb. Digər şahmatçılarımız - Türkan Məmmədyarova, Günay Məmmədzadə 7, Xanım Balacayeva 6,5, Gülnar Məmmədova 6, Xəyalə Abdulla, Gövhər Beydullayeva 5,5, Nərmin Söyünlü 5, Zeynəb Məmmədyarova, Fidan Ağasıyeva 4,5 xal toplayıblar.
On bir turdan ibarət yarışda 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparıb.

İdman 2019-04-22 21:36:00