×
A
A
A
Sazlamalar

Tələbələr onkoloji xəstəliyi olan uşaqları ziyarət ediblər

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin tələbələri Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasında müalicə olunan uşaqlara baş çəkiblər. Onların təşkil etdiyi xeyriyyə aksiyası zamanı klounun iştirakı ilə əyləncəli tamaşa nümayiş olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xeyriyyə tədbiri zamanı sağlamlıq durumuna görə tamaşanı izləyə bilməyən uşaqların palatası ayrıca ziyarət olunub.
Xəstə uşaqlara müxtəlif hədiyyələr, rəngarəng oyuncaqlar, rəngli kitab və qələmlər təqdim olunub. Tələbələr balacaların maraqlı və əyləncəli vaxt keçirməsinə yardım göstəriblər.

Səhiyyə 2019-04-22 18:40:00