×
A
A
A
Sazlamalar

Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar

Bakı, 22 aprel, AZƏRTAC 

Aprelin 22-də Yasamal rayon Heydər Əliyev Mərkəzinə 308 nömrəli tam orta məktəbin şagirdlərinin ekskursiyası təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar.
Burada onlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Ekskursiyada iştirak edən şagirdlər yüksək əhval-ruhiyyədə olduqlarını, bu cür tədbirlərin keçirilməsinin onlar üçün maraqlı və yaddaqalan olduğunu vurğulayıblar.
Mərkəzlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.

 

Mədəniyyət 2019-04-22 18:15:00