Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Toxuculuq sənayesində 61,4 faiz artım olub

Bakı, 22 aprel, AZƏRTAC
Birinci rübdə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 107 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 61,4 faiz artım, geyim istehsalında 28,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 36 faiz azalma müşahidə olunub.

Sənaye 2019-04-22 16:28:00