×
A
A
A
Sazlamalar

Son 3 ayda ölkədə 130,9 milyon manatlıq metal məmulatları istehsal edilib

Bakı, 22 aprel, AZƏRTAC
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində bu ilin yanvar-mart aylarında 130,9 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, birinci rübdə metallurgiya sənayesində 13,9 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 22,6 faiz azalma müşahidə edilib.
Dövr ərzində sahə üzrə 3500 ton (80,9 faiz çox) qara metallardan digər konstruksiyalar, 10,3 ton (42,2 faiz çox) emal edilməmiş alüminium ərintiləri istehsal olunub.

Tikinti̇ 2019-04-22 15:17:00