×
A
A
A
Sazlamalar

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Maytripala Sirisenaya

Hörmətli cənab Prezident,

Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şri-Lanka xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2019-cu il.

Məktublar 2019-04-22 12:54:00