×
A
A
A
Sazlamalar

“Ağ bığlılar” növbəti dəfə səhnəyə çıxıb

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən yeni tamaşa növbəti dəfə nümayiş edilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda təqdim olunan səhnə əsərində iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həm də kədərli əhvalatlardan danışılır.
Həmçinin, tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.
Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.
Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa ediblər.

Teatr və kino 2019-04-22 10:54:00