×
A
A
A
Sazlamalar

Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 215-ə çatıb

Bakı, 21 aprel, AZƏRTAC
Şri-Lankanın paytaxtı Kolomboda və Neqombo şəhərində 3 kilsə və 3 hoteldə, ardınca isə paytaxtın kənar yaşayış hissələrində törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215-ə çatıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ölənlər arasında Çin, ABŞ, Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan və Banqladeş vətəndaşları da var.

Dünya 2019-04-21 18:56:00