×
A
A
A
Sazlamalar

Qazaxıstanın Karaqanda vilayətində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb

Nur-Sultan, 21 aprel, AZƏRTAC

Qazaxıstanın Karaqanda aerodromunda kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, qəza nəticəsində iki nəfər ekipaj üzvü ölüb. Hadisə bu gün yerli vaxtla saat 16.25-də təlim uçuşu zamanı baş verib.
Qeyd edək ki, faktla bağlı Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin aviasiya hadisələrinin istintaq idarəsində araşdırmalara başlanıb.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Dünya 2019-04-21 18:18:00