Bədii gimnastika üzrə Azərbaycanın gənclərdən ibarət komandası qızıl və gümüş medallar qazanıb
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanın gənc gimnastlardan ibarət komandası aprelin 21-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində beş halqa və beş lentlə hərəkətlərdə fəxri kürsüdə yer alıb.
AZƏRTAC xəbər verir ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız beş halqa ilə hərəkətlərdə 21.500 xal toplayaraq turnirin baş mükafatını qazanıb.
Eyni xala malik İtaliya yığması əlavə göstəricilərə görə komandamızdan geri qalaraq ikinci olub. Belarus təmsilçiləri isə 20.100 balla ilk üçlüyü qapayıblar.
Beş lentlə yarışlarda isə gimnastlarımız ikinci yeri tutublar. Onların çıxışları münsiflər heyəti tərəfindən 18.350 xalla qiymətləndirilib. Belarus təmsilçiləri 20.450 balla birinci, İtaliya gimnastları isə 17.050 xalla üçüncü olub.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir