×
A
A
A
Sazlamalar

THP-nin sədri: Şimali Makedoniyada seçicilərin 60 faizinin səsvermədə iştirakı proqnozlaşdırılır

Ankara, 21 aprel, AZƏRTAC

Şimali Makedoniyada keçirilən prezident və 3 şəhər üzrə bələdiyyə sədri seçkilərində seçici fəallığı qənaətbəxşdir. Seçicilərin 60 faizinin səsvermədə iştirak edəcəyi proqnozlaşdırılır.
Bu fikir AZƏRTAC-ın Türkiyə bürosuna Şimali Makedoniya Türk Hərəkat Partiyasının (THP) baş katibi və THP-nin Seçki Təşkilat Komitəsinin sədri İlhan Rahman bildirib. Partiyanın baş katibi deyib ki, yerli vaxtla saat 13.00-a qədər səsvermə prosesində heç bir qanun pozuntusu baş verməyib.
Qeyd edək ki, səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21.00) yekunlaşacaq.
Şimali Makedoniyanın beşinci prezidentinin adı yekun nəticələrdən sonra aprelin 22-də elan olunacaq.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-04-21 17:03:00