×
A
A
A
Sazlamalar

Şri-Lankada partlayışlar nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, paytaxt Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə törədilən partlayışlarda azı 500-əyaxın insan yaralanıb.
İlk partlayış yerli vaxtla səhər 8:45-də Kolombo şəhərindəki "Müqəddəs Antoni" kilsəsində insanların Pasxa bayramını qeyd etdikləri vaxt baş verib. İkinci partlayış Neqombo şəhərindəki "Müqəddəs Sebastian" kilsəsində, üçüncü isə Battikaloa şəhərindəki kilsədə törədilib. Bundan başqa, beşulduzlu 3 hoteldə də partlayış olub.
Hələlik məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Dünya 2019-04-21 16:40:00