×
A
A
A
Sazlamalar

Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir

Kiyev, 21 aprel, AZƏRTAC
Ukraynada prezident seçkilərinin ikinci turunda müşahidə apardığım seçki məntəqələrində ciddi qanun pozuntuları qeydə alınmayıb.
Bunu AZƏRTAC-a açıqlamasında Ukraynada keçirilən prezident seçkilərini izləyən Azərbaycan Milli Məclisinin müşahidə missiyasının üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev söyləyib.
Deputat səsvermə başlayandan paytaxtda 10 seçki məntəqəsində müşahidə apardığını deyib. Bildirib ki, gün ərzində Kiyevdə daha 5 məntəqədə müşahidəçilik missiyasını yerinə yetirəcək.
“Müşahidə etdiyim məntəqələrdə seçicilərin səsverməyə marağını görürəm. Kiyev vaxtı ilə saat 14:00-da müşahidə etdiyim məntəqələrdə seçici fəallığı 30-33 faiz olub. Əsas odur ki, səsvermə prosesi sakit tərzdə keçir, təhlükəsizlik tədbirləri yüksək səviyyədədir”, - deyə deputat əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2019-04-21 15:23:00