×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycan gimnastı Nərminə Səmədova aprelin 21-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində lentlə hərəkətlərdə mükafatçılar sırasına düşüb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz 18.000 bal toplayaraq gümüş medal qazanıb. Lentlə hərəkətlərin yekununda italiyalı Sofia Raffaeli 18.350 xalla turnirin qızıl medalına sahib olub. İsrail təmsilçisi Asya Adi Katz 17.400 xalla üçüncü yeri tutub.
Digər gimnastımız Arzu Cəlilova isə 17.100 bal toplayaraq dördüncü yerdə qərarlaşıb.

İdman 2019-04-21 15:04:00