×
A
A
A
Sazlamalar

Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub.
AZƏRTAC xəbər verir ki, italiyalı Sofia Raffaeli 19.200 xal qazanaraq bütün rəqiblərini qabaqlayıb. Rusiya təmsilçisi Sofya Aqafanova 18.600 balla ikinci, İsrail gimnastı Asya Adi Katz isə 18.550 xalla üçüncü yeri tutub.
Gimnastımız Nərminə Səmədova 17.400 bal toplayaraq beşinci yerdə qərarlaşıb.

İdman 2019-04-21 14:28:00