×
A
A
A
Sazlamalar

Dövlət qulluğuna qəbul üzrə test imtahanı təşkil edilib

Bakı, 21 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı şəhərində təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 444, BB qrupu üzrə 1310, ümumilikdə isə 1754 namizəd qeydiyyatdan keçib.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edib. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 164 nəzarətçi müəllim, 5 bina nümayəndəsi ayrılıb.

Elm və təhsil 2019-04-21 14:05:00