×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastı Nərminə Səmədova topla hərəkətlərdə bürünc medal əldə edib

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycanın bədii gimnastı Nərminə Səmədova aprelin 21-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində topla yarışlarda bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, münsiflər heyəti təmsilçimizin çıxışını 18.350 balla qiymətləndiriblər. Digər gimnastımız Arzu Cəlilova isə 16.100 xalla 8-ci olub.
Rusiyalı gimnast Anastasiya Simakova 19.700 balla birinci yeri tutub. İtaliyalı Sofia Raffaeli isə 19.300 xalla gümüş medala sahib çıxıb.

İdman 2019-04-21 13:17:00