Qanada qaçırılan estoniyalı diplomat azad olunub
Tallinn, 21 aprel, AZƏRTAC
Qanada evinin yaxınlığında gəzərkən qaçırılan Estoniyanın baş konsulu və missiya rəhbəri Nabil Makram Basbous yerli təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində xilas edilib.
AZƏRTAC xəbər verir ki, 61 yaşlı diplomat bir gün ərzində Tema şəhəri yaxınlığındakı evdə əsir saxlanılıb. Konsulu qaçıranlar onun sərbəst buraxılması müqabilində pul tələb edirdilər.
Hadisə yerindən diplomatın qaçırılması zamanı istifadə olunan silahlar da tapılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır