×
A
A
A
Sazlamalar

Çində törədilən cinayət hadisəsində 5 nəfər ölüb

Pekin, 21 aprel, AZƏRTAC

Çinin Anxoy vilayətinin Ançin şəhərində törədilmiş cinayət hadisəsi nəticəsində 5 nəfər ölüb.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, polis cinayəti törədən şəxsi saxlayıb.
Hadisə barədə geniş məlumat verilmir. Hazırda təhqiqat aparılır.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-04-21 12:57:00