×
A
A
A
Sazlamalar

Birinci rübdə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Kişineu, 21 aprel, AZƏRTAC

Cari ilin birinci rübündə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 1 milyona dollara yaxın olub.
Bu barədə AZƏRTAC-a Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.
Bildirilib ki, hesabat dövründə Azərbaycan Moldovadan 835,1 min dollar dəyərində məhsul idxal edib. Azərbaycandan Moldovaya isə 95,6 min dollarlıq məhsul göndərilib.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

İqtisadiyyat 2019-04-21 12:21:00