×
A
A
A
Sazlamalar

"GRENKE Chess Classic 2019": Arkadi Naydiç ilk turu heç-heçə ilə başa vurub

Bakı, 21 aprel, AZƏRTAC
Almaniyada "GRENKE Chess Classic 2019" superturnirinin ilk turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk turda Azərbaycan şahmatçısı Arkadi Naydiçin ermənistanlı Levon Aronyanla oyunu heç-heçə başa çatıb. Maqnus Karlsen Vinsent Keymerə qalib gəlib. Turun digər oyunlarında Qeorq Mayer Fransisko Valexo, Piter Svidler Fabiano Karuana, Maksim Vaşe-Laqrav Vişvanatan Anandla sülh bağlayıblar.
Aprelin 21-də ikinci turda Arkadi Naydiç P.Svidlerlə mübarizə aparacaq.

İdman 2019-04-21 10:19:00