×
A
A
A
Sazlamalar

Futbol üzrə İtaliya və İspaniya çempionatlarında növbəti oyunlar keçirilib

Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 20-də futbol üzrə İtaliya və İspaniya çempionatlarında növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, İtaliya A Seriyasının mərkəzi matçı Milanda keçirilib. “Cüzeppe Meatsa” stadionunda baş tutan oyunda “İnter” “Roma”nı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Bundan başqa, “Parma” – “Milan” və “Udineze” – “Sassuolo” görüşləri də 1:1 hesabı ilə yekunlaşıb. “Boloniya” öz meydanında “Sampdoriya”nı 3:0, “Kalyari” isə “Frozinone”ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Empoli” doğma meydanında SPAL-a (2:4), “Cenoa” “Torino”ya (0:1), “Latsio” isə “Kyevo”ya (1:2) uduzub.
İspaniya çempionatında isə “Barselona” “Nou Kamp”da “Real Sosyedad” üzərində 2:1 hesablı qələbə qazanıb.
Günün digər oyunları isə aşağıdakı kimi nəticələnib:
“Eybar” – “Atletiko Madrid” – 0:1
“Selta Viqo” – “Jirona” – 2:1
“Rayo Valyekano” – “Ueska” – 0:0.

İdman 2019-04-21 06:37:00