“Oş - Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində “Qorqud Ata” tamaşası nümayiş olunub
Bişkek, 21 aprel, AZƏRTAC
“Oş - Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində Oş Vilayət Dram Teatrında “Qorqud Ata” tamaşası nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov 3 min il tarixi olan Oş şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını əhəmiyyətli hadisə adlandırıb. O deyib ki, qədim Oş şəhəri dünyada tanınan nadir abidələri, tarixi şəxsiyyətləri ilə məşhurdur.
D.Kaseinov bildirib ki, Dədə Qorqud, Qorqud Ata türkdilli xalqların əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən ozandır. Qeyd edib ki, bu tamaşa Türkiyədə və Qazaxıstanda teatr festivallarında nümayiş etdirilib və mükafatlar qazanıb.
Sonra tamaşanın nümayişi olub .
Səhnə əsərinin ssenarisinin müəllifi Kayrat İmanaliev, rejissoru isə Marat Kozukeevdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub
Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması
Kukla Teatrında növbəti xeyriyyə aksiyası
Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub