×
A
A
A
Sazlamalar

Oş şəhərində "Türk dünyasının mədəniyyət paytaxtı" çərçivəsində fotosərgi açılıb

Bişkek, 20 aprel, AZƏRTAC
Oş şəhərinin baş meydanında "Türk dünyasının mədəniyyət paytaxtı" çərçivəsində fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Türkmənistanın mədəniyyətləri, adət-ənənələrini, milli geyimlərini, məişətini əks etdirən fotolar nümayiş olunur.
Sərginin ziyarətçiləri türkdilli dövlətlərin müasir həyatı, tarixi, etnoqrafiyası haqqında ətraflı məlumatlar əldə edirlər.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2019-04-20 20:04:00