×
A
A
A
Sazlamalar

Türkiyədə 1300 illik tarixi olan kitab ələ keçirilib

İstanbul, 20 aprel, AZƏRTAC

Türkiyənin Diyarbəkir şəhərində papirusla ərəb əlifbası ilə yazılmış 102 səhifədən ibarət kitab ələ keçirilib.
AZƏRTAC xəbər verir ki, 1300 illik tarixi olduğu hesab edilən kitab dini motivlər əsasında yazılıb.
Bu tarixi əsəri satmaq istəyən 7 nəfər saxlanılıb. Faktla bağlı araşdırma başladılıb.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-04-20 19:15:00