×
A
A
A
Sazlamalar

Bolqarıstanda kiçik motorlu təyyarə qəzaya uğrayıb, ölənlər var

Sofiya, 20 aprel, AZƏRTAC

Bolqarıstanın Plovdiv şəhəri yaxınlığında kiçik motorlu təyyarə qəzaya uğrayıb. Nəticədə iki nəfər həlak olub. Şahidlərin bildirdiyinə görə, təyyarə uçan zaman qanadının biri sınıb. Hadisənin baş verdiyi yerdə dronların yarışı keçirilirmiş, amma bunun qəza ilə əlaqəsi təsdiqlənməyib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2019-04-20 18:30:00