Ordubadda qar örtüyünün hündürlüyü 15 santimetrə çatıb
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 19-u gündüzdən 20-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Yağan leysan xarakterli intensiv yağışla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb və hazırda artım davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Qafqazın bəzi yerlərində - Şəki, İsmayıllı, Oğuz, Qəbələ, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Quba, Xınalıq, Altıağac, Xaltan, Qırız, Qusaryasaq, Şamaxıda, o cümlədən Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində - Ordubad, Paraqa, Nurgüt (Ordubad), Biçənək, Batabat, Kükü (Şahbuz), Ərəfsədə (Culfa) hazırda qarın yağması davam edir. Ölkə ərazisində qeyri-sabit hava şəraitinin aprelin 24-dək davam edəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: 0-2, Böyük Qafqazda: 3-18, Naxçıvan Muxtar Respublikasında 4-23, Nürgütdə (Ordubad) 30, Qazax-Gəncə zonasında 3-15, Kiçik Qafqazda 10-13, Mərkəzi Aran rayonlarında 2-10, Lənkəran-Astara zonasında 6-49 millimetr təşkil edib.
Qar örtüyünün hündürlüyü Paraqada (Ordubad) 15, Nürgütdə (Ordubad) 10, Qırızda 6, Daşkəsən, Şahdağda 5, Lerik, Xınalıq, Altıağacda 4, Gədəbəy, Xaltanda 3, Yardımlı, Göygöldə 2, Ağdərə, Biçənək, (Naxçıvan), Quba, Qusarda 1 santimetrə bərabər olub.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb