×
A
A
A
Sazlamalar

Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək

Bakı, 20 aprel, AZƏRTAC
Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev aprelin 22-də Qazaxıstana səfər edəcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, deputat Nur-Sultan şəhərində keçiriləcək “Mərkəzi Asiya və Qafqazda sağlam qidalanma üçün dayanıqlı ərzaq sistemləri və qidalanmanın idarə edilməsi” mövzusunda regional simpoziumda iştirak edəcək.
Tədbirdə Musa Quliyev mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə əhalinin sağlam qidalanması üçün keyfiyyətli ərzaq məhsullarının istehsalı sahəsində görülən işlər, bu istiqamətdə əldə olunan nailiyyətlər barədə məlumat verəcək.
Səfər aprelin 27-də başa çatacaq.

Cəmiyyət 2019-04-20 17:37:00