×
A
A
A
Sazlamalar

Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək

Bakı, 20 aprel, AZƏRTAC
Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarında iştirak etmək üçün aprelin 24-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda NATO genişlənməsinin parlament ölçüsü, Rouz-Rout proqramı və təşkilatın açıq qapı siyasəti, NATO tərəfdaşlığı və genişlənmə siyasətlərinin genezisi və digər mövzularda müzakirələr aparılacaq.
Deputatlar qeyd olunan mövzular barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Səfər aprelin 27-də başa çatacaq.

Siyasət 2019-04-20 17:33:00