×
A
A
A
Sazlamalar

Niyazinin mənzil-muzeyinin 25 illiyi münasibətilə tədbirlər davam edir

Bakı, 20 aprel, AZƏRTAC

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin 25 illiyi münasibətilə tədbirlər davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, aprelin 20-də Qaradağ Gənclər Evinin kollektivi muzeyin qonağı olub. Tədbirdə Niyazinin mənzil-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov muzeyin fəaliyyəti və maestronun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Tədbir Qaradağ Gənclər Evinin dərnək üzvlərinin təqdim etdiyi maraqlı konsert proqramı ilə davam edib.

Musiqi 2019-04-20 14:27:00