×
A
A
A
Sazlamalar

Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından müraciət edən 15 vətəndaşı qəbul edən Vilayət Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Sosial 2019-04-20 14:05:00