×
A
A
A
Sazlamalar

Qazaxıstanda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin 11-i Özbəkistan vətəndaşıdır VİDEO

Daşkənd, 20 aprel, AZƏRTAC

Aprelin 20-də səhər saatlarında Qazaxıstanın Cambul vilayətinin Korday rayonunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin 11-i Özbəkistan vətəndaşıdır. Hadisə nəticəsində 29 nəfər də xəsarət alıb.
AZƏRTAC Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, avtobus Almatı–Daşkənd magistral yolunun 181-ci kilometrliyində yol kənarında dayanan yük maşınına çırpılıb.
Yaralananlar Otrar və Korday xəstəxanalarına yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çoxsaylı insan tələfatı ilə əlaqədar Özbəkistan Ptezidenti Şavkat Mirziyoyevə başsağlığı verib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-04-20 13:23:00

Video