×
A
A
A
Sazlamalar

“Clarivate Analytics” silsilə onlayn seminarlar elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunacaq

Bakı, 20 aprel, AZƏRTAC

İyunun 15-dən 25-dək “Clarivate Analytics” tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə dair növbəti silsilə onlayn seminarlara start veriləcək.
AMEA –dan AZƏRTAC-a bildirilib ki, seminarlarda məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində informasiya resurslarının funksiyaları, müxtəlif elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarılıb tapılması, beynəlxalq elmi jurnallarda məqalə dərc etməyin prinsip və tələbləri, “yırtıcı” jurnallardan qorunma yolları, elmi təşkilatların akademik fəaliyyətini və effektivliyini qiymətləndirmək mexanizmləri və digər bu kimi aktual məsələlərə toxunulacaq.
Ətraflı məlumatla tanış olmaq və seminarlara qeydiyyatdan keçmək üçün //clarivate.ru/webinars linkindən istifadə edilməlidir.
Bütün seminarlar ödənişsizdir, rus dilində aparılır və qeydiyyatdan keçmək məcburidir.
Seminarlar bitdikdən bir ay sonra iştirakçılara sertifikat veriləcək.

Elm və təhsil 2019-04-20 11:35:00