×
A
A
A
Sazlamalar

Massimilliano Alleqri UEFA Çempionlar Liqasından sonra ilk dəfə müsahibə verib

Bakı, 20 aprel, Nicat Məmmədov, AZƏRTAC

UEFA Çempionlar Liqasında dörddəbir finalda “Ajax” klubuna məğlub olaraq, mübarizəni dayandıran “Yuventus” klubunun baş məşqçisi Massimilliano Allegri bu gün mətbuata müsahibə verib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, o, müsahibəsində son görüşlərdən, qazanılan uğurlardan, buraxılan səhvlərdən və qarşıdakı hədəflərdən danışıb.
Baş məşqçi deyib: “Kriştiano Ronaldo inanılmaz bir mövsüm keçirir. Düzdü, UEFA Çempionlar Liqası artıq bizim üçün başa çatdı. Nəticə olaraq biz mərhələdə dayanmalı olduq. Kriştiano Ronaldonun olması belə Çempionlar Liqası çempionluğu üçün zəmanət vermir. Futbolda xeyli sayda amillər var. O, “Yuventus” klubu olaraq bizim gələcəyimizdir. O, bu mövsüm gözəl iş gördü və növbəti mövsümdə də öz işinə yaxşı şəkildə davam edəcəyinə inanıram. O, məyusdur, lakin məsələlərə soyuqqanlı şəkildə yanaşır.
Artıq bizim üçün qalan ölkə İtaliya Seria A çempionluğudur. Ardıcıl 8-ci dəfə “scudetto” qazanmağa yaxınıq. Bununla qürur duyuruq. Bunun özü də gözəl nəticədir. UEFA Çempionlar Liqasına daha baxmağın mənası yoxdur. Əlimizdə olanlarla kifayətlənməliyik. Ölkə Superkubokunu qazandıq, indi növbə Seria A çempionluğudur. Meydana çıxıb, üzərimizdə UEFA Çempionlar Liqası məğlubiyyətinin ağırlığı olduğu halda, ölkə çempionluğunu qeyd etməmək yanlış olar. Biz bu çempionluğu əldə etməli və bunu qeyd etməliyik. Hədəflərimizin demək olar yarısına çata bilsək belə, bizim üçün yaxşı mövsüm sayılacaq”.

İdman 2019-04-20 07:25:00