×
A
A
A
Sazlamalar

Türkiyə Superliqasının XXIX turunun ilk oyununda qalib müəyyənləşməyib


Bakı, 20 aprel, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasının XXIX turunun ilk görüşündə “Bursaspor” səfərdə “Kasımpaşa”nın qonağı olub.
AZƏRTAC xəbər verir ki, “Rəcəb Tayyib Ərdoğan” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 60-cı dəqiqəsində “Kasımpaşa”nın misirli hücumçusu Terezequet hesabı açıb. Lakin 81-ci dəqiqədə meydan sahiblərinin qapısına onbirmetrlik cərimə zərbəsi təyin olunub. Bursa təmsilçisinin futbolçusu Aytac Kara standart vəziyyətdən vurduğu qolla hesabı bərabərləşdirib. Bu qol oyunda vurulan son qol olub. Beləliklə “Kasımpaşa” doğma meydanda “Bursaspor”la heç-heçə edib. Bu oyundan sonra “Kasımpaşa” turnir cədvəlində 38 xalla 6-cı pillədə qərarlaşıb. “Bursaspor” isə 29 xalla 15-cidir.
Türkiyə Superliqasında XXIX turun digər oyunları bu gün də daxil olmaqla aprelin 20, 21 və 22-də keçiriləcək.
Turun digər qarşılaşmalarında aşağıdakı komandalar üz-üzə gələcək.
“Akhisar Bələdiyəspor”-“Antalyaspor”,
“Sivasspor”-"Konyaspor",
“Trabzonspor”-“Yeni Malatyaspor”,
“Qalatasaray”-“Kayserispor”,
“Göztəpə”-“Ərzurumspor”,
“Ankaragücü”-“Konyaspor”,
“Başakşəhər”-“Rizəspor”,
“Alanyaspor”- “Fənərbağça”,
“Sivasspor”-“Beşiktaş”.

 

İdman 2019-04-20 01:35:00