×
A
A
A
Sazlamalar

FHN: Xətai rayonunda istifadəyə yararsız anbarda yanğın baş verib

Bakı, 19 aprel, AZƏRTAC 

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 600 kvadratmetr olan istifadəyə yararsız anbarın yanar konstruksiyaları və içərisində taxta tullantıları 120 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə 2019-04-19 23:20:00