×
A
A
A
Sazlamalar

Ukraynada prezidentliyə namizədlərin debatı başlayıb

Kiyev, 19 aprel, AZƏRTAC

Ukraynada prezidentliyə namizədlər Vladimir Zelenski ilə Petro Poroşenkonun mərkəzi “Olimpiya” stadionunda debatı Seçki Məcəlləsinin tələblərinə uyğun başlayıb.
AZƏRTAC xəbər verir ki, stadionda təhlükəsizlik yüksək səviyyədə təşkil edilib. Hər hansı insident qeydə alınmayıb.
Hazırda püşkatmaya görə, Zelenski çıxış edir.
Qeyd edək ki, debat dünyanın 20 ölkəsində yayımlanır. Debatın təhlükəsizliyinə 10 mindən çox polis qüvvəsi cəlb olunub.
Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-04-19 20:11:00