×
A
A
A
Sazlamalar

Əfqanıstanda kəşfiyyat idarəsinə hücum nəticəsində üç nəfər həlak olub

Bakı, 19 aprel, AZƏRTAC 

Əfqanıstanda kəşfiyyat idarəsinin binasına bombalı hücum nəticəsində üç kəşfiyyatçı həlak olub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Herat əyalətində baş verən terror aktı bomba yüklü avtomobillə törədilib. Əfqanıstanın Müdafiə Nazirliyinin məsələ ilə bağlı açıqlamasında iki nəfərin yaralandığı bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib.

Dünya 2019-04-19 19:16:00