×
A
A
A
Sazlamalar

Moldova Prezidenti deputatları sərt tənqid edib

Kişineu, 19 aprel, AZƏRTAC
Moldova Prezidenti İqor Dodon ölkə deputatlarını tənqid edən sərt bəyanatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, İ.Dodon İctimai Televiziyaya müsahibəsi zamanı deputatların əmək haqqından şikayətlənmələrinə etirazını bildirib. O, deputatların əməkhaqqının artırılması tələbi ilə çıxış etmələrini ölkə vətəndaşlarına hörmətsizlik adlandırıb. “Kənd əhalisi qəpik-quruş qazanır, deputatlar isə 10 günə 3000 leev almalarına qane olmurlar. Mən sizə sual verirəm - Utanmırsınız? Bu qədər məbləğ müqabilində heç nə etmirsiniz. Seçicilər sizə etibar edib, siz isə bunun müqabilində ölkə, əhali üçün nə etmisiniz?”, - deyə İ.Dodon əlavə edib.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-04-19 17:56:00