×
A
A
A
Sazlamalar

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Bakı, 19 aprel, AZƏRTAC 

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş Rzayev Rəşad Abbasağa oğlu müəssisəyə qəbul olunarkən onun üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman idman çantasının içərisində olan şalvarın cibində xüsusi üsulla gizlədilmiş bükülüdə 2,228 qram narkotik maddə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-04-19 17:05:00