×
A
A
A
Sazlamalar

Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb

Bakı, 19 aprel, AZƏRTAC
Yanvar-mart aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 12 milyard 590,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər 1 milyard 275,7 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11 milyard 567,3 milyon manatlıq vəsait qalıb.

 

Maliyyə 2019-04-19 16:26:00