×
A
A
A
Sazlamalar

Ölkədəki fərdi sahibkarların sayı 862 mini ötüb

Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 862 mini keçib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,5 faiz), Aran (20,3 faiz), Gəncə-Qazax (13,7 faiz) və Lənkəran (10 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Fərdi sahibkarların 78,4 faizini kişilər, 21,6 faizini isə qadınlar təşkil edib. Sahibkar qadınların 32,6 faizi Bakıda, 17,1 faizi Aran, 16,4 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,1 faiz), Gəncə-Qazax (25,9 faiz) və Lənkəran (22,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

İqtisadiyyat 2019-04-19 16:22:00